backend

Bakı metrosunda da gedişhaqqının artım söhbətləri gəzir

Bakı metrosunda da gedişhaqqının artım söhbətləri gəzir

"Bakı metropolitenində hazırkı gedişhaqqı rentabilli deyil." Bu barədə Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS-ə bildirib. Onun sözlərinə görə, hazırda metropolitenində gedişhaqqı 20 qəpikdir.

“Hazırda sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqından azı 2 dəfə çoxdur. Lakin gedişhaqqının artırılması məsələsinə Taarif Şurası baxır. Gediş haqqıların artımı üçün metropoliten tərəfindən Taarif Şurasına müraciət daxil olmayıb”, - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, ötən gün şəhərətrafı və qəsəbələrarası marşrutda gedişhaqqılarında artım olub. Sosial şəbəkələrdə isə yaxın günlərdə metropolitendə də gediş haqqıların artacağı barədə söz-söhbət yayılıb. Hətta bəzi fikirlərə görə, “28 may” stansiyasının yeni təmirdən çıxdıqdan sonra metroda gedişhaqqı 30 qəpik olacaq.