backend

Bakı metrosunun qeyri-adi qonağı

Bakı metrosunun qeyri-adi qonağı

Heyvanın rahat bir formada metroda gəzməsi insanların təəccübünə səbəb olub.

Bakı Metropolitenində qara qoç peyda olub.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in metroda olan əməkdaşının verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında İnşaatçılar stansiyasında qeydə alınıb.

Metroya daxil olan insanların arasında qəfildən bir qara qoç peyda olub. Heyvanın rahat bir formada metronun giriş hissəsində gəzməsi insanların təəccübünə səbəb olub. Gənclər qoçu hürküdüblər.

Bu zaman qoç stansiyanın içərisinə daxil omaq istəyib. Bakı Metropolitenin mühafizəçiləri isə qara qoçun stansiyanın vaqonlar olan hissəsinə daxil olmasının qarşısını alıblar. Sahibsiz qoç isə qaçaraq metrodan uzaqlaşıb.

Daha sonra qoç stansiyanın önündə yerləşən avtobus dayanacağının kənarında özünə yem axtarmağa başlayıb.

Bakı metrosunun qeyri-adi qonağı