backend

BDU-nun həyətinə metro çıxışı təhvil veriləcəyi tarix açıqlandı

BDU-nun həyətinə metro çıxışı təhvil veriləcəyi tarix açıqlandı






















“Planlaşdırılır”.

Metronun Elmlər Akademiyası stansiyasının ikinci çıxışı 2015-ci ildə istifadəyə veriləcək.

qaynarxett.az xəbər verir ki, bunu Axar.az-ın sorğusuna cavabda Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Metropoliten sözçüsü qeyd edib ki, stansiyanın Bakı Dövlət Universitetinin həyətinə çıxışının gələn il təhvil veriləcəyi planlaşdırılır.

Qeyd edək ki, bu plan 2011 - 2014-cü illərdə nəqliyyat sektorunun inkişaf prioritetlərində nəzərdə tutulub.