backend

Türkiyəli qız İŞİD-ə əsir düşməmək üçün özünü güllələdi - VİDEO

Türkiyəli qız İŞİD-ə əsir düşməmək üçün özünü güllələdi - VİDEO






















Özalp ötən ay Kobanidə olan BBC müxbirinə müsahibə verib.

Türkiyənin Batman vilayətindən olan və Kobanidə PYD-nin silahlı qrupu YPG-nin tərkibində İŞİD-ə qarşı mübarizə aparan 19 yaşlı Ceylan Özalp axırıncı güllə ilə özünü vuraraq intihar edib.

qaynarxett.az-nun məlumatına görə, Özalp üçün sosial şəbəkədə yaradılan xatirə səhifəsində gənc qızın cənub-şərq cəbhəsində birlikdə döyüşdüyü silahlı dəstənin İŞİD tərəfindən tamamilə məhv edildiyi qeyd edilib.

Kod adı “Berivan Sason” olan C.Özalp isə radiostansiya vasitəsilə vidalaşaraq İŞİD-in əlinə keçməmək və zorlanmamaq üçün son güllə ilə intihar edəcəyini açıqlayıb, Türkiyə mətbuatı yazır.

Məlumata görə, Ceylan Özalp ötən ay Kobanidə olan BBC müxbirinə müsahibə verib. Gənc qız həmin müsahibədə İŞİD silahlılarının döyüşçü qadınları gördüyü vaxt tir-tir titrədiyini demişdi. Özalp İŞİD-in əlinə düşməkdənsə, ölməyi üstün tutduğunu yazmışdı.

Bununla belə, bəzi saytlar qadın döyüşçünün hələ də sağ olduğunu yazırlar.