Azərbaycan Milli Məclisinin (MM) deputatlarının tətil müddəti bu gün başa çatıb. AZTB.info-nun Report-a istinadən xəbərinə görə, bu həftə parlamentin komitələri işə başlayacaq. Fevralın 1-də isə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. Yaz sessiyası mayın 31-dək davam edəcək.
Xatırladaq ki, parlamentin sonuncu plenar iclası ötən ilin dekabrın 29-da keçirilib.