backend

Parlament niyə növbədənkənar yığışır?

Parlament niyə növbədənkənar yığışır?


Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı

Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək. İclasın yanvarın 19-da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı. (APA)

Bir neçə deputatla əlaqə saxlasaq da, onlar Milli Məclisin gündəliyi barədə məlumatlı olmadıqlarını bildirdi. Deputatlara parlamentin növbədənkənar iclasında hansı məsələlərin müzakirə ediləcəyi deyilməyib. Lakin “Azadlıq”a daxil olan məlumata görə, Milli Məclis büdcəyə yenidən baxmaq üçün toplanır.