Qadını xilas etmək mümkün olmayıb.Bakıda qətl törədilib.
qaynarxett.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1979-cu il təvəllüdlü
Rabil Qabil oğlu Abbasov həyat yoldaşı, 1993-cü il təvəllüdlü
Səadət Əlikram qızı Bağırovanı bıçaqlayıb.
S.Bağırova ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Hadisəni törədən R.Abbasov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.