backend

Şəmkirdə atışma: Ölən var

Şəmkirdə atışma: Ölən var






















Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb.

Şəmkirdə silahlı insident olub.

qaynarxett.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Rayon sakinləri, 1982-ci il təvəllüdlü Nazim Abbasovla 1985-ci il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb.

Mübahisə zamanı odlu silahdan istifadə edilib. Nəticədə R.Məmmədov aldığı güllə yarasından dünyasını dəyişib. N.Abbasov isə güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri araşdırılır.