backend

Göygöldə rüsvayçı olay – itlə cinsi əlaqəyə girən kişini polis saxladı

Göygöldə rüsvayçı olay – itlə cinsi əlaqəyə girən kişini polis saxladı














Topalhəsənlidə ağılasığmayan rüsvayçı olay kameranın yaddaşına düşüb…

Göygöl rayonundan sensasiya hesab olunası informasiya daxil olub. Mötəbərliyi şübhə doğurmayan mənbənin iddiasına görə oktyabrın 7-də rayonun Topalhəsənli kəndinin bir sakini itlə cinsi əlaqəyə girdiyinə görə həbs olunaraq rayonun polis şöbəsinə gətirilib.
Bəlli olub ki, ötən il adıçəkilən kəndin ərazisindəki göldə balıq yetişdirməklə məşğul olan bir sahibkarın satmaq üçün göldən çıxarıb hazırladığı balıqlar bir neçə dəfə oğurlandıqdan sonra əraziyə müxtəlif yerdə müşahidə kamerası yerləşdirməyə məcbur olub. Bir neçə gün öncə isə kameranın yaddaşına baxarkən görüntülərdən şoka düşərək dərhal polisə müraciət edib. Şahidlər deyir ki, həmin it əraziyə yaxınlaşan hər kəsə hürürmüş və hamı həmin itin hünərindən danışırmış. Ona görə də həmin şəxsin itlə necə “dil tapması” onun sahibini də heyrətləndirib.
Rayondakı mənbələr iddia edir ki, polis həmin şəxs barəsində hansı maddə ilə cinayət işi açmaqda zorlanıb və məsələ hələ də açıq qalıb.