Ağır yaralanan var.Bu gün saat 12.00 radələrində Bakının Suraxanı rayonu ərazisində güclü partlayış olub.
qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsi Malik Mustafayev 5 ünvanında yerləşən şirniyyat sexində qeydə alınıb.
Hadisə nəticəsində sexin işçisi 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Həsənov ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər.
İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.
Faktla bağlı araşdırma aparılır.