backend

Belə də aptek işçiləri olar?!

Belə də  aptek işçiləri olar?!
























Vallah, bu hadisə əgər başqasının başına gəlsəydi, bəlkədə müsəlmançılığıma salıb inanmazdım, amma bu, məhz mənim başıma gəldi, özü də günün düz günortaçağı. 28.09.2014-cü il tarixdə təqribən saat 15-00 radələrində işdən çıxıb 79 nömrəli marşrut avtobusuna mindim.Əcəmi metro stansiyasına 50 metr qalmış birdən hiss etdim ki, gözlərim "tor" görür və tədricən görmə qabiliyyətim sıfra enməyə başladı. Yəqin etdim ki,qan təzyiqim qəfil qalxıb. Birtəhər sürücüyə yaxınlaşıb maşını bir aptek yanında saxlamağı xahiş etdim. O, mənim hansı vəziyyətdəolduğumu görüb insanlıq xatirinə qanunu pozdu və maşını aptek yaxınlığında saxladı. Sərnişinlər mənə avtobusdan düşməyə kömək etdilər. Güclə seçə bildiyim, fəhlə paltarında olan bir gəncə dedilər ki, məni aptekəçatdırsın.O da dərhal qoluma girib meni yaxınlıqdakı aptekə apardı və,-həkim!- deyə,bərkdən qışqırdı. Bu cür gənclərə.- eşq olsun.- deyirəm; işini-gücünü atıb mənim həyatımı xilas etdi. Amma oğlanın qışqırığına cavab olaraq aptek işçiləri dedilər ki, bizdə həkim yoxdur,bura aptekdir, xəstxana,poliklinika deyil. Qızlardan xahiş etdim ki, təcili mənim təzyiqimi ölçsünlər, bu xahişim də təmin olunmadı. Dedilər ki, bizdə satışda təzyiqölçən cihaz yoxdur.Haçandan-haçana qızların biri haradansa bir təzyiqölçən cihaz tapib gətirdi və mənim təzyiqim çətinliklə də olsa ölçüldü. Məlum oldu ki, təzyiqim 220-nin 120 – yədir. Tez təzyiq dərmanı istədim. Onlar caşıb qaldılar, həkimsiz verə bilməyəcəklərini söylədilər. Təcili yardıma zəng etmələrini xahiş etdim. Bu xahişim də müsbət həll olunmadı, dedilər ki ,3-cü mikrorayon poliklinikasına gedin.Təsəvvür edin: "İnsult",yaxud "İnfarkt" təhlükəsi altında olduğum halda mənə vəyanımdakı fəhləyə aptekin giriş qapısını göstərdilər, halbuki onlar yüksək təzyiq altında olan,artıq gözləri tutulan bir insanı dərhal kresloya uzatmalı,ilkin tibbi yardım göstərmli və qanuna, Hippokratın tövsiyyələrinə uyğun olaraq həkim cağırmalı idilər.Amma onlar böyük minnətlə təzyiq dərmanı satmaqla öz vəzifələrini başa vurmuş saydılar. Mən çarəsiz qalıb fəhlə oğlanın qoluna girərək aptekdən çıxdım və poliklinikaya yollandıq. Hər an yıxılacağım anı gözləyirdim. Şükürlər olsun Ulu Tanrıya ki, məni qorudu və özümüzü həkimə çatdıra bildik.Sübhani adlı həkim dərhal təzyiqimi ölçdü və gözləri kəlləsinə cıxdı. İki saat orada qalandan sonra həkimin yardımları məni həyata qaytardı.
Bəli, cənab Səhiyyə Naziri və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi,apteklərimiz bu gündədir, yəni bərbad gündə. Buna nə vaxt son qoyulacaq? Savadsız, tibbi təhsili olmayanların insan taleyi ilə oynamasına necə qiymət verirsiniz? Şəxsən mən çox pis qiymət verirəm.

Valeh Mirzə,