backend

Bıyyy, rəis maaş da verirlər?

Bıyyy, rəis maaş da verirlər?

















Şamaxı Yol Polisi İdarəsində müavin postunu qamarlayan İnzibati Təcrübə üzrə baş inspector Arif Xangəldiyev “yağlı” vəzifədə işləməyindən çox razıdı.

Necə də olmasa yol polislərinin cərimələdiyi, avtomobilini cərimə meydançasına qoyduğu bütün sürücülərin işi ona düşür. İstər-istəməz hamı onun “bığının” altından keçməli olur. Şükür, bu işdə dolanışığı da düzəlib. Odur ki, başı bərk qarışdığından arada maaş almaq da yadından çıxır. Bir gün rəis Arifi yanına çağırır ki, “a kişi, arada gəl, kartını götür, dövlətin pulunu niyə almırsan?”
Arifin çənəsi təəccübdən sallanır:
“Bıyyy, rəis, burada hələ maaş da verirlər?”