backend

Bərdə Diaqnostikasında Asif Muxtarovun "B" planı

Bərdə Diaqnostikasında Asif Muxtarovun "B" planı





















Bölgələrdə diaqnostoka mərkəzləri inşa olunduqca, hər kəs də belə bir fikir formalaşırdı ki, bu cür addımların atılması, ümumilikdə Azərbaycan səhiyyəsinin inkişafına verilən dəstək olacaq

Düzdür, ilk əvvəllər diaqnostika mərkəzləri ARDNŞ-nin tabeçiliyində idi və vaxt keçdikcə bu sahədə müəyyən islahat proqramları da həyata keçirildi. Bu da zaman etibarilə diaqnostika mərkəzlərinə vətəndaşların axınını çoxaltdı, hər kəsin inamını daha da artırdı. Buna səbəb olan amillərdən ən əsası, diaqnostika mərkəzlərinin müasir tibbi avadanlıqlarla təminatının lazımınca ödənilməsi, hazırlıqlı həkim kollektivinin bu sahədə çalışması oldu.
Bəli, inşa olunan diaqnostika mərkəzlərindən biri də, Bərdə Müalicə Diaqnostika Mərkəzidir ki, bu gün mərkəz yüksək səviyyəli tibbi xidmətinə görə əksər səhiyyə ocaqlarından fərqlənməkdədir. Ümumi görnüşü diqqəti cəlb edən mərkəzdə əldə etdiyimiz məlumatlara görə, gün ərzində çoxlu sayda insanlar müalicə alırlar və müəyyən tibbi ehtiyaclarını da ödəyə bilirlər.

Bütün bunlara baxmayaraq, bu gün bölgələrdə elə diaqnostika mərkəzləri də var ki, dövlət səhiyyə ocağı olmalarına və təminatlarının büdcədən ayrılan vəsaitlər hesabına ödənilməsinə məhəl qoymayaraq, əməlli-başlıca soyğunçuluqla məşğul olurlar. Məsələn, Bərdə Müalicə Diaqnostika Mərkəzində olduğu kimi. İnformasiya mərkəzimizin elektron poçtuna hələlik adının çəkilməsini istəməyən və həkim soyğunçuluğu ilə üz-üzə qalan mənbənin bildirdiyinə görə, diaqnostika mərkəzində kompyuter komoqrafiya şöbəsinin həkimi olan Asif Muxtarov əməlli-başlıca "bazar" açıb. Məlumatı verən bildirir ki, "bir müddət bundan əvvəl Bərdə Müalicə Diaqnostika Mərkəzində başımı rentgen etmək istəyirdim. Bu məqsədlə yaşadığım əraziyə yaxın olduğundan, həmin ünvana üz tutdum və məqsədimin mahiyyətini Asif Muxtarova bildirdim. Çox keçmədi ki, "Hippokrat" andına "sadiq qaldığına" görə xüsusi ad-san çıxaran və hüzuruna təşrif buyuran xəstələrin "cibinə girmək"lə xeyli var-dövlətə sahib olan Asif həkim bildirdi ki, gentgen olmağının müqabilində nə az, nə çox, düz 60 manat pul verməlisən. Onu belə bir soyğunçuluq istəyinə cavab olaraq bildirdim ki, həkim istədiyin məbləği verməyə imkanım yoxdur".
- Axı, bura dövlət səhiyyə ocağıdır? Sən məndən bu qədər pulu niyə istəyirsən deyə sual etdikdə, Asif həkimin cavabı o oldu ki, mən gördüyün bu aparatura xarab olanda, təkcə onun təmirinə 4 min manat pul vermişəm. Bəs bu pulu mən hardan çıxarım, deyə ünvanladığım sualı belə cavablandırdı.
- Həkim, göstərdiyiniz aparaturanın təmiri ilə əlaqədar heç dövlətə müraciət etdinizmi deyə təkrar sual etdikdə, Asif həkimin yenidən cavabı o oldu ki, dövlət varmı ki, mən də müraciət edim və müəyyən köməkdarlığı da dediyin o dövlətdən ala bilim dedi.

Çox maraqlı və əcaib cavabdır ki, belə bir cavabı da dövlət səhiyyə ocağının aparıcı bir sahəsində həkim vəzifəsini daşıyan şəxs bildirir. Necə bəyəm! Dövlət yoxdursa və əgər onun varlığını Asif həkim bilərəkdən şübhə altına alırsa, bəs bu gün ad-sanı ilə tanınan Azərbaycan adlı məmləkət nədir? Yəqin ki, belə bir dövlətin varlığını Asif Muxtarov, düşüncələrini gün ərzində yalnız rüşvət almağa köklədiyi üçün unudur. Belə bir yanaşmanın varlığına da, bir kimsənin şəkki-şübhəsi olmasın. Çünki, Asif həkim bildirir ki, "bu gün dolanmaq olduqca çətindir. Elə bu səbəbdən də, gün ərzində təqribən 4-5 xəstəni rentgen etməklə bərabər, iş saatından sonra işdə qalıb əlavə xəstə də qəbul edirəm ki, müəyyən problemlərimin həllinə nail ola bilim"- deyir.
Asif həkimin dövlətimizin varlığına şübhə ilə yanaşması və apardığı təbliğati iş, artıq olduqca təhlükəli məqamlardan xəbər verir. Çünki, bu gün hər kəs, o cümlədən sıravi vətəndaş da, vəzifə sahibi olanlar da Azərbaycan dövlətinin varlığı ilə öyünməli, qürür hissi keçirməlidir. Bu belə olduğu halda, o zaman sual yarana bilər ki, həkim vəzifəsini daşıyan A.Muxtarovu vadar edən nədir ki, hüzuruna gələn xəstəyə bu cür açıqlamalar verir. Axı, ölkə rəhbəri möhtərəm prezidentimiz cənab İlham Əliyev hər zaman vurğulayır ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Ölkə rəhbəri səviyyəsində dövlətimizin varlığına, onun qüdrətinə bu cür münasibət ortaya qoyulduğu halda, bəs Asif həkimin münasibətinə nə ad vermək olar? Bax bu cür yanaşma haqda düşünmək, bir qədər də götür-qoy etmək gərəkdir ki, bəzi məqamlardan baş açmaq mümkün olsun.
Bütün bunları anladıqdan sonra bizlərdə belə bir fikir formalaşdı ki, deməli Asif həkimin çalışdığı mərkəzdə bazar açmasının müəyyən səbəbi və xüsusilə də nəzərdə tutduğu "B" planı var. Yəqin ki, bu plan Azərbaycan səhiyyəsinə gələcəkdə də üzağlığı gətirən plan yox, üzqaralığı gətirən planlardan biri olacaq.
Araşdırmamız davam edəcək.