backend

Nazirin “dayı” dediyi rektor: Yusif Yusibovun GDU gizlinləri

Nazirin “dayı” dediyi rektor: Yusif Yusibovun GDU gizlinləri

Son günlər Gəncə Dövlət Universitetində (GDU) yaşanan bir sıra olaylar adı çəkilən ali təhsil ocağı ilə bağlı yeni-yeni məlumatların yayılmasına və gündəmi zəbt etməsinə səbəb olmuşdur.
Universitetdə hökm sürən ab-hava ilə bağlı dəfələrlə mətbuatda tənqidi yazılar dərc olunsa da, ali təhsil müəssisəsinin rəhbərliyi bundan heç bir nəticə çıxarmayıb. Bu dəfə cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlar GDU rektorunun tək olmadığını, qohumluq və dostluq üzərində formalaşan bir qrupun tutduğu vəzifədən isyifadə edərək dövlət vəsaitini mənimsədiyini göstərir.
Bu istiqamətdə araşdırmamızı

Yusif Yusibovun rektor təyinatının gizlinləri

İlə başlayaq.
Çünki GDU-da bazar qaydalarının geniş miqyas almasında əsas məsuliyyət məhz rektor Yusif Yusibovun üzərinə düşür. Bu səbəbdən də əsas diqqət məhz onun üzərinə yönəlib. Rektor 2014-cw ild’ bu vəzifəyə təyinatı bir neçə pilləli kombinasiyalarla əldə edə bilib. Bu pillələr haqda cumhuriyyet.az-a daxil olan məlumata görə rektor Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusibovun qardaşıdır. C.Yusibov isə öz növbəsində maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı hazırki təhsil naziri Ceyhun Bayramov isə o zaman təhsil nazirinin 1-ci müavini idi. Bu adamların təzyiqi ilə Yadigar Əliyevə məcburi istefa ərizəsi yazdırıldı və Y.Yusibovun əmri imzalandı. Onu da bildirək ki, rektor indi də həmin əlaqələrdən istifadə edir. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusibov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində “sərbəstdir”. Məlumata görə, C.Bayramov nazir təyin olunduqdan sonra münasibətlər daha da yaxınlaşıb. Hətta deyilənə görə nazir bu gün də rektora “dayı” deyə müraciət edir.

Kirayə evdən villaya və rektorun kapitalı

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovun böyük kapitala sahib olduğunu deyən məlumatlı şəxsin cumhuriyyet.az-a verdiyi məlumata hörə, onun özünün və yaxın qohumların çoxsaylı daşınmaz əmlaklara sahibdir. Məlumatda həmçinin bildirilir ki, Cavanşir Yusifovun özündən başqa, qohumları Rüfət Yusifov, Sevinc və Könül Yusifovaların Bakının ən sayılıb-seçilən yerlərində villaları, mənzilləri var. Y.Yusibov universitetə qardaşının təzyiqi ilə prorektor təyin olunanda, Gəncədə “Gülüstan qəsəbəsi” yaxınlığındakirayədə yaşayırmış: “Amma rektor təyin olunduqdan sonra, o qısa bir müddət ərzində Gəncənin “Mahrasa bağı” adlanan ərazidə tikilən çoxmərtəbəli yaşayış kompleksindən 150 min manata ən müasir standartlara cavab verən ev almışdır. Amma rektorun Bakıyadək genişlənən kapitalı bununla bitmir. Rektor Yusif Yusibovu digər rektorlardan fəqrləndirən əsas cəhətlərdən biri malik olduğu var- dövləti gizlətməyə çalışmamasıdır. Bununla bağlı cumhuriyyet.az yerli mediada yayılan məlumatlara istinadən bildirir ki, rektor Abşeron rayonunun Xırdalan şəhərində dəyəri 430 min manat olan kafe-restoran alıb. Yaxın qohumunun adına rəsmiləşdirilən bu kafe-restoranın adı da Yusif Yusibov istəyi ilə dəyişdirilərək qərb rayonlarının birinin adı qoyulub (Restoranın adı məlum olsa da qeyd etmirik- red).

Prezident ad verdiyi şəxslər kimdir?

Məlum olduğu kimi, bir müddət öncə Prezident İlham Əliyev Gəncə Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Amma cumhuriyyet.az-a daxil olan məlumata görə GDU-da təltif edilən şəxslərin bəzilərinin elmi və pedoqoji səviyyələrinə görə deyil subyektiv meyarlarla siyahıda yer aldığı iddia olunur. Məsələn “Tərəqqi” medalı ilə təltif edilən Zakir Zeynalov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin 1-ci müavini postunda çalışmış, sonralar isə şəhər kommunal şöbəsi üzrə 1-ci müavin işləmiş Mikayıl Zeynalovun oğludur. Z.Zeynalovun hər zaman atasının mövqeyinə görə GDU-da irəli getdiyi deyilir. Görünür rektor Yusif Yusibov Gəncədə dönəmin dəyişdiyinin hələ də fərqində deyil. “Tərəqqi” medalı alan digər bir şəxs Fəxrəddin Məmmədov isə Universitetdə tələbələrin ən çox narazılıq etdiyi müəllimlərdəndir. Həmin siyahıda yer alan Kubışov İlqar Nadir oğlu isə elmi-pedoqoji fəaliyyətdən daha çox rektora xidmət göstərməyi ilə ad çıxarıb. “Əməkdar müəlim” adı alanlar sırasında Aslanova Emma Şəmkir rayonunun mərhum icra başçısı Aslan Aslanovun bacısıdır. Bu ada layıq görülən digər bir şəxs Mübariz Yusibovun isə adı Universitet daxilində bir çox qalmaqallarda hallanıb ki, bu qalmaqalların bəzisini media səhifəsinə çıxartmaq belə etik deyil. Məlum sərəncamla Fəxrəddin Həsənova “Əməkdar mühəndis” adı verilib. İlk baxışda GDU əməkdaşına belə bir ad verilməsi təəccüb doğura bilər. Amma Anaxeber.info-nu məlumatlandıran mənbə bu məsələyə də aydınlıq gətirib. Bildirilir ki, F.Həsənov rektor Yusif Yusibovun tikinti biznesinin qara kassasıdır.

GDU rəhbərliyindən anım gününə sayğısızlıq

Gəncə Dövlət Universitetinin 80 illik yubileyi keçirildikdən sonra, rektor Yusif Yusibov qısa müddətli məzuniyyətə gedib. Onun iş başında olmamasından istifadə edən prorektorlar və cənab Prezidentin fərmanları ilə fəxri adlar alanlar, həm Yusif Yusibova, həm də ölkə rəhbərinə xəyanət ediblər. Belə ki, Heydər Əliyevin anım günü ilə bağlı GDU-da tədbir keçirilib. Rektor Yusif Yusibov qısamüddətli məzuniyyətdə olduğundan, o, keçirilən tədbirdə iştirak etmir. Amma, anım günü ilə bağlı keçirilən tədbirdə rektorunun baş müşaviri Asif Cavadov, prorektorlar Fəxrəddin Həsənov və Fəxrəddin Məmmədov, Milli Məclisin deputatı, prorektor Pərvin Kərimzadə və digər rəhbər şəxslər, Gəncə Dövlət Universitetində olsalar da, onlar keçirilən tədbirə qatılmırlar. Bu da ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Keçirilən anım tədbirində yalnız bir neçə dekan və kafedra müdiri iştirak edir. Bu şəxslər iclas zalını tələbələrlə doldursalar da, ümumi mənzərə o qədər də ürəkaçan olmur və anım tədbiri birtəhər yola verilir. Çox maraqlı haldır ki, adlarını çəkdiyimiz həmin şəxslər universitetdə bir saat dərs keçməsələr də, bir müddət bundan öncə müxtəlif fəxri adlar almağa müyəssər olurlar. Rektorunun baş müşaviri Asif Cavadovun və adlarını çəkdiyimiz digər rəhbər şəxslərin şübhəli siyasi fəaliyyətləri haqda, hətta indiyə kimi bir çox media qurumlarında açıqlamalar da dərc olunub..

Rektor və onun komandası: büdcə necə talanır?

Gəncə Dövlət Universitetinin kimya kafedrasının baş müəllimi Yunis Hacıyevin mediaya verdiyi açıqlamaya görə, möhtərəm Yusif Yusibov öz vəzifəsindən istifadə edərək özünə baş müşavir, orta müşavir, kiçik müşavir, aşağı müşavir və s. kimi vəzifələr yaradıb. Heç cənab Prezidentin bu qədər müşaviri yoxdur. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Yusif Yusibovun baş müşaviri Asif Cavadovdur, kiçik müşaviri İlqar Kuybışevdir, orta müşaviri Elsevər Nağıyevdir (öz qohumu). Hələ bu azmış kimi səlahiyyətli nümayəndələr kimi yeni-yeni vəzifələr yaradıblar, həmin vəzifələrə də öz yaxın qohum əqrəbalarını, öz dovşanlarını təyin edir. Yeni yaranan vəzifələrdən biri də marketinq vəzifəsidir.Bu vəzifəyə Orxan adında birini təyin edib,magistratura şöbəsini bitirib. Başa düşmək olmur, bura universitetdir, yoxsa market? Marketinq vəzifəsi yalnız ticarət obyektlərində olur. Görünür, hörmətli Yusif Yusibov Gəncə Dövlət Universitetini marketə çevirib,bura da onun ticarət bazarıdır. Bu universitetdə Yusif Yusibov ,onun müşavirləri, marketoloqları əməlli – başlı bazar açıblar. Hörmətli Yusif Yusibovun marketoloqu Orxan ağlına gələn tədbirlər keçirdərək universitet büdcəsini talan edir. O, hərbi xidmətdə olmalı olduğu halda bu gün universitetin marketinq işlərini görür. Bir balaca 20-25 kvadrat metrlik musiqi kafedrası üçün ayrılan otağa 1milyon manatdan çox pul xərcləyiblər. Gəncə Müəllimlər İnstitutunun binası GDU-ya verildi,bi hazır binaya guya yenidən tikilmiş adı ilə 32 (otuz iki) milyon manat pul xərclənib.Halbuki, cənab Prezident sıfırdan başlayaraq tikiləcək kompleks bir məktəbə bir milyon manat ayırır.

Asif Cavadov baş müşavir olmaqla ailəlikcə universiteti öz əllərinə alaraq göstərdiyi fəaliyyətləri onun övladlarının da özbaşınalıq etmələrinə şərait yaradıb. Asif Cavadovun həyat yoldaşı Zümrüd Şirinova (Cavadova) psixologiya kafedrasının müdiridir. Asif Cavadovun yaxınlarının avtoqəzada adam vuraraq öldürdüyü, sonradan bu işin bağlandığı da iddia olunur. Hətta hörmətli rektor Asif Cavadova xidməti maşın da verib. Bu xidməti maşının ehtiyat hissələri və gündəlik yanacaq sərfiyyatı universitetin hesabına ödənilir.

Universitetin xidməti avtomobil kolleksiyası

Xidməti maşına sahib olan təkcə Asif Cavadovun deyil, həmçinin rektorun ətrafında olan, qondarma vəzifələr yaradaraq təyin etdikləri yaxın çevrəsinin hər birində var. Bununla bağlı cumhuriyyet.az mediada yer alan məlumatları olduğu kimi diqqətinizə çatdırır: “Elsəvərin (rektorun qohumu) də xidməti maşını vardır. 20-AA-556 nömrəli maşını Gülsüm Fətəliyeva(Musa Urudun bacısı,Kəpəz rayonu İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin qaynanasıdır,Texnologiya Universitetindən qovulub,70- dən çox yaşı var,GDU-da humanitar işlər üzrə prorektor vəzifəsini ona hədiyyə ediblər), 20-AA- 352 nömrəli maşını Pərvin Kərimzadə (deputat Elmar Vəliyevə ən sadiq şəxslərdən biri,innovasiyalar üzrə prorektordur.Bilinmir ki,bu adam deputatdır,yoxsa prorektor? Bir saat belə dərs keçmədiyi halda ona da əməkdar müəllim adını verdirdilər), 20-AA-442 nömrəli maşını Asif Cavadov( baş müşavirdir,universitetin qara qutusudur,bütün rüşvəti o yığır.Xidməti maşın Asif Cavadov üçün nəzərdə tutulsa da arvadı Zümrüd xanıma və bütün ailəyə xidmət edir), 20-AA-577 nömrəli maşını Fəxrəddin Həsənov (tikinti biznesinin pul üyüdən maşını), 20-AA-542 nömrəli maşını Fəxrəddin Məmmədov(prorektor), 20-AA-522 nömrəli maşını Elsevər Nağıyev (müşavir,köməkçi,Yusif Yusifovun yaxın qohumu), 20-AA-082 nömrəli maşın isə cənab rektorun özünü gəzdirir.Bütün bu maşınların hər birinə gündə 20 litrə qədər benzin pulu və ehtiyat hissələrin pulu universitetin büdcəsindən ödənilir”.