backend

Rövnəq Abdullayev döyülən qazilər haqda:"Onlar ağır cinayət törədiblər"

Rövnəq Abdullayev döyülən qazilər haqda:"Onlar ağır cinayət törədiblər"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, millət vəkili Rövnəq Abdullayev Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında yaranan davadan danışıb.

BakuPost.az-ın məlumatına görə, unikal.org-a açıqlama verən Rövnəq Abdullayev bildirib ki, baş verən hadisədən xəbərdardır:

“Bu barədə məlumatım var. Baş verən hadisədə iştirak edən şəxslər hələ dəqiq bilinmir ki, qaziləridir ya yox. Bütün hallarda dövlət məmuruna əl qaldırmaq ağır cinayətdir”.