backend

Agsuda "Taleh-TT" MMC-dən NƏCİB ƏMƏL - Aztəminatlı ailələr ziyarət olunur, onlara köməklik göstərilir...

Agsuda "Taleh-TT" MMC-dən NƏCİB ƏMƏL - Aztəminatlı ailələr ziyarət olunur, onlara köməklik göstərilir...

Ağsu rayonunda fəaliyyət göstərən "Taleh-TT" MMC xüsusi karantin rejim qaydalarına uyğun olaraq evdən çıxa bilməyən tənha yaşayan yaşlı insanlara, xəstəlikdən əziyyət çəkən sakinlərə, eləcə də aztəminatlı ailələrə baş çəkib. BİA.az-ın əldə etdiyi məlumata görə 65 yaşdan yuxarı şəxslərin evdən çıxa bilməmələri nəzərə alınaraq müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar onlara öz evlərində təqdim edilib. Həmçinin aztəminatlı ailələr də ziyarət olunub, onlara da köməklik göstərilib. Sakinlər diqqət və qayğıya görə, "Taleh-TT" MMC-nin rəhbərliyinə və işcilərə minnətdarlıqlarını bildiriblər.

Müəssisə həmcinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2.500 manat vəsait köcürüb. Hazırda "Taleh-TT" MMC bu nəcib işini davam etdirir.

Qaynarxett.az