backend

“MAKRONUN PSİXİ MÜALİCƏYƏ EHTİYACI VAR” - "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır"

“Hazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var”.  "AzPolitika.info"nun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Minsk qrupunda varsınız. Bu günədək nə edibsiniz? Azərbaycan ərazilərini işğaldan azad edibsinizmi? Sadəcə, ermənilərə silah göndəririsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı düşünürsünüz. Edə bilməzsiniz, çünki dürüst deyilsiniz” – deyə Ərdoğan qeyd edib.
Daha sonra Ərdoğan Fransa prezidenti Emmanuel Makron barədə sərt ifadələr işlədib“Bu Makron deyilən zatın İslamla dərdi nədir? Makronun psixi müalicəyə ehtiyacı var. İnanc azadlığından anlamayan və öz ölkəsində yaşayan milyonlarla fərqli din mənsublarına bu cür davranan bir dövlət başçısına başqa nə deyilə bilər?”
Ərdoğan əlavə edib ki, bir ildən sonra Fransada seçkilər keçiriləcək və o zaman Makronun aqibəti bəlli olacaq. Türkiyə Prezidenti Makrona xitab edərək deyib: “Seçkidə aqibətini görəcəyik. Yolunun çox uzaq olacağını zənn etmirəm. Fransaya bir şey qazandırmadın ki, özünə də bir şey qazandırasan...”