backend

Lənkəranda torpaq uğrunda can qoyanın torpağını alıblar

Lənkəranda torpaq uğrunda can qoyanın torpağını alıblar












"Torpağımı dövlət işçisi satdı, pul istədi, rüşvət istədi verə bilmədim"

Azərbaycanın cənub rayonlarında bəzi Qarabağ əlilləri baxımsızlıqdan şikayət edirlər. Onlardan biri Lənkəran rayonun Bürcəli kənd sakini Zaur Ağayev deyir ki, payıbəlli torpağı əlindən alınıb. Zaur Ağayevin sözlərinə görə, onun torpağına göz dikən də məhz dövlət işçisidir: "Payıbəlli torpağımı dövlət işçisi satdı. Pul istədi, rüşvət istədi verə bilmədim. Dövlət qayğısından mərhumam. Dəfələrlə prezidentə də müraciət etmişəm. prezidenti qınamaq olmaz. Yeri gələndə deyirlər ki, haq veririk, adamımız var. Bizim yuxarıda adamımız yoxdur, haq da verə bilmirik. Səhv etmişik, gedib vuruşmuşuq. Hətta özümə qəsd etmək istəyirdim. Söz yox ki, indi bu fikirdən dönmüşəm.”
Bürcəli kənd bələdiyyəsindən isə iddia edirlər ki, Qarabağ əlilinə məxsus olan torpaq yerindədir. Sadəcə torpaq onun qonşusuna məxsus evin arxasında olduğu üçün ora getmək istəmir. Zaur Ağayev isə bunun həqiqət olmadığını deyir. Onun sözlərinə görə, 10 ildən artıqdır ki, torpağını istəyir və bununla bağlı müxtəlif qurumlara müraciət edib. Zaur Ağayev qeyd edir ki, Ədliyyə Nazirliyində də olub. Ancaq onunla maraqlanan olmayıb. Özü indi evində xəstə yatır: "Heç əhəmiyyət vermədilər. Heç maraqlanmadılar. Bələdiyyə torpağımı satıb maraqlanmır da. Özüm xəstəyəm.”