backend

Komitə sədri: “Bəzi sosial şəbəkə istifadəçiləri qələbəmizə kölgə salmağa çalışır”

Çox təəssüf ki, bu gün bəziləri sosial şəbəkələrdə əldə edilən qələbələrə kölgə salmağa çalışır.
Bunu Milli Məclisin Səhiyyət komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən  iclasında deyib.
 Onun sözlərinə görə, bəzi insanlar vətəndaşlarımızın  qələbə sevincinə imkan vermək istəmirlər. “Amma Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman ordumuzun uğurlu əməliyyatı nəticəsində ərazi bütövlüyümüz təmin olundu.  Münaqişəyə son verildi”- komitə sədri deyib.