backend

Burda şikayətlər elə bil boş quyuya atılır... - GİLEY

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti geniş miqyasda narazılıqlarla müşaiyət olunmaqdadır. Elə bir şərait yaranıb ki, bu quruma ediləm şikayətlər də cavabsız qaldığından sanki bir kor quyuya atılmış kimi təəssüratı yaatmaqdadır. Aşağıda təqdim edəcəyimiz şikayət də bu qəbildəndir.

DİA.AZ bildirir ki, Kürdəmir rayon, Sor-Sor kənd sakini Cavid Nəriman oğlu Hüseynov aztəminatlı ailə olduğu üçün ünvanlı sosial yardımla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VEMTAS saytına onalyn müraciət edib.

Ancaq ona imtina cavabı gəlib və səbəb kimi “öhdəliyində pay torpağı olduğu” qeyd olunub. Cavid Hüseynov imtina cavabı ilə bağlı Kürdəmir rayon DSMF-nun ƏƏSM-nə şikayət bildirsə də, ona heç bir köməklik göstərilməyib.