backend

İcra məmurları həddini aşıb

İcra məmurları həddini aşıb

























Saatlıda azyaşlı uşağın üstünə hücum çəkən kim olub

Azərbaycanda baş alıb gedən məhkəmə özbaşınalığı insanlarımızın gözündə o qədər adiləşib ki, artıq buna reaksiya verməyin heç bir nəticəsi olmayacağına sanki qəti bir əminlik var. Sadə vətəndaşı buna görə qınamaq da olmur. Çünki demokratik qanunlarımızı diktator hikkəsi ilə öz şəxsi maraqlarına tabe etdirən bir sıra məmurlar yalnız öz mənafeyini güdməklə məşğuldur. Belə olmasaydı Saatlı rayon məhkəməsində vətəndaşların şikayətləri hüquqi müstəvidə tam təmin olunmasa da, onlara qismən cavab verilərdi. Lakin Saatlı rayon məhkəməsinin hakimi Şahin Quliyevə ünvanlanan şikayət məktubları sanki qırx arşın quyunun dibinə gedər-gəlməz olur. Bunun hansı məntiqə uyğun olub-olmaması barədə fikir söyləməyi hörmətli Şahin müəllimin tutduğu görəvindən irəli gələn məqamlara bağışlayırıq. Özü bilər. Rayon məhkəməsində Aydın İsmayılovun başçılıq etdiyi icra qrupunun işçiləri əməlli-başlı bazar açıblarsa bunu da Aydın müəllimin özü bilər. Belə olmaz axı. Fürsət ki var, qanunun qol-budağını biç ki biçəsən. Bu ovqatla uzağa getmək də mümkün deyil. Belə əməlin müqabilində hələ heç kəsə əhsən deyən olmayıb. Noolsun ki, Saatlı icra qrupunun işçisi Taleh müəllim Ədliyyə Nazirliyi İmişli regional ədliyyə idarəsinin rəhbəri Hakim Məmmədovun yaxın qohumudur. Bu qohumluq məgər səlahiyyətmi verir ki, Saatlı rayon Qıraqlı kənd sakini Gülağa Əhmədovun 10 yaşlı nəvəsinin üstünə icra qrupundan əlavə 20-yə yaxın polis işçisi götürüb hücum çəkəsən? Uşağın günahı nədi? Əldə etdiyimiz məlumata görə azyaşlı həmin hadisədən qorxaraq xəstəliyə tutulub. Bə bunun cavabını kim verəcək, cənab İsmayılov? Necə olur ki, ortada pul olmadığına görə 2006-cı ilin aprelindən bəri icraatda olan əmlak bölgüsü işi hələdə kağız üzərində icra olunur? Bax belə, fakt göz qabağındadır. Saatlıda indi kimi inandırasan ki, özünü general səlahiyyətli məmur kimi aparan Aydın İsmayılovla Azərbaycanda bacaran tapılacaq.

Surxay Cahangir