backend

Başına dönüm-döndərim, Səni bazara göndərim...

Başına dönüm-döndərim, Səni bazara göndərim...
















Fəaliyyət Qurbanov

Başına dönüm-döndərim,
Səni bazara göndərim...


Virus xəstəlikləri binayi-qədimdən bəşəriyyətin daha çox ehtiyat etdiyi bəlalardan sayılır. Əsrlər boyu milyonlarla can almış bu xəstəliklərin süni yolla, bilərəkdən yayılması faktları da tarixi mənbələrdə yer alır. Şimallı-cənublu Amerikada avropalıların məskunlaşması on minlərlə yerli əhalinin viruslara yoluxdurularaq tədriclə məhv edilməsi hesabına başa gəlmişdi. Bilirsiniz də, Meksika əhalisinin böyük bir hissəsi qırmızı dərililərdi, yəni hindulardı. Avroamerikalıların isə hindularla köhnə ədavəti var. Baxmayaraq ki, vaxtilə Şimali Amerikaya qədəm basmış ilk bəyaz dərili insanları hindu tayfa başçıları Tanrının ən yaxın bəndələri kimi, təmtəraqla qəbul eləmişdilər. Əvəzində isə böyük bir qırğına məruz qaldılar. Tarixi mənbələrin bilgisinə görə, yankilər silah gücünə törətdikıəri qırğınlardan yana hindu əhalisinin sayını bilərəkdən, epidemiya yaymaqla da azaldırdılar. Bunun üçün onları məqsədli şəkildə çiçək xəstəliyinə yoluxdururdular. Çiçək epidemiyası nəticəsində XVIII-XIX əsrlərdə Şimali Amerikada yüz minlərlə hindu tələf olmuşdu. Təbii ki, hələlik dünya bu fəlakəti soyqırım kimi qiymətləndirə bilmir. Çünki, həmən bu dünyanın yükünu Amerika öz boynunda lakomotiv kimi dartır. Hara dartır, bir özü bilir, bir də... Ona görə də, bütün dünya, biz qarışıq hələ bundan sonra çox sınaqlardan çıxmalı olacaq. Onsuz da neftin qiymətini fırfıra kimi fırladırlar. İraqdan tutmuş Əfqanıstana kimi istədiklərini min qaba çəkib demokratiya əkirlər, bitmir ki, bitmir.. İndi də Suriyanın növbəsidi.Yüz minlərlə insanın öldürüldüyü bu ölkədə baş verənləri susqunluqla izləyən dünya beş-on keşişin xətrinə kimyəvi silah tətbiq edilməsi faktları taparaq Suriyaya müdaxilə planını gerçəkləşdirməkdə qərarlıdır. Yəqin o keşişlərin arasında ermənilər də var. Baxma dana, bunlar dədə-babadan qucaq uşağıdı. Neçə yüz ildi avropalılar əldə bəsləyib ayağa verirlər. Lazım gələndə, işlətmə dərmanı verib hara gəldi, lap hürriyyət qapısınacan qovurlar. Elə bu dəfə də tələskən Sarkisyan iki dayının qucağına təşrif gətirib yatağını sahmana saldığı yerdə fakt qarşısında özünü tələyə salmalı oldu. İndi virusa yoluxmuş "ana Ermənistan"ın Rusiya adlı yataq odasında hansı şəkildə müalicə və rahatlıq tapacağı isə müəmmalı qalıb. Belə müəmmalara baxmayaraq bizim Azərbaycanda dəbdəbəli həyat yaşayan erməni yeznələri deyəsən rahat nəfəs almağa başlayıblar. Ötən əsrin 90-cı illərindən görüş yerini Rusiya civarlarında müəyyənləşdirmiş dayı-bajoğlu cütlükləri innən belə sıcaq ilişki formatlarını genişləndirməkdə daha maraqlı olacaqlar. Bax təhlükəni burda axtarmaq lazımdı. Qorxuram bu yolla virusu ötürələr bizim məlikməmmədlər məmləkətinə...Milli divlər və divalardan fərqli olaraq əziyyət çəkən biz məzlumlar olacağıq. Sürünə-sürünə "moşu xöşbəxtliyi" axtardığımız Azərbaycanda belə şeylərə baş aparmaq ənənəsi onsuz da hələ formalaşmayıb. Bizim işimiz elə rəhmətlik Mirzə Cəlilin zamanında olduğu kimi "gündə bir xurma istemal edən" qurama şeyxlərin fətvasına uyğun ömür-gün yaşamaqdır. Fəlsəfə belədi: başından yekə danışma,nə versələr yeyib yaradana şükr elə... İndi tərslikdən verən əllərin kəsildiyi məqamlardı. Satılan əqidələrin simasız qafasında qazanc eşqi gizlənib. Ölü heyvanların leşini də pula satırlar. Arxayın salıblar ki, heyvan virusları keçici deyil. Bizə nə var, alırıq, yeyirik, Yaradana şükr-deyirik. Baxmayaraq ki, virus təhlükəsi aradan qaldırılmayıb, hamımızda aqrar sahənin "atlantı"nın oxuduğu inandırıcı qəzəllərə çırtıq çalmaq həvəsi oyanıb. Həvəsdən düşmə, qadan alaram:
-Başşşına dönüb-döndərim,
Səni bazara leş dalınca göndərim...
Sən bazardan gəlincə
Özümü daşa döndərim...
Di dayanma, sən də bir çırtıq çal aj qarına elliklə dingildəyək, ermənidən ayıbdı axı...