backend

Razim Məmmədovun cəzadan qurtulmaq şansları varmı?

Razim Məmmədovun cəzadan qurtulmaq şansları varmı?
























Xətaidəki "yaşıl soyqırım"ın fiquru olan icra başçısının Sumqayıtda yaradılacaq rayonlardan birinə transferi ediləcəyi gözlənilir

İnformasiya kanalları vasitəsilə yayılan xəbərlərdən məlum olduğu kimi bu yaxınlarda Sumqayıt şəhərində 2 yeni rayonun yaradılacağı gözlənilir. Ötən ayın axırlarında bu barədə şəhərin icra başçısı Eldar Əzizov məlumat verərək prezident seçkilərindən sonra bu məsələyə qayıdılacağını bildirmişdi. Getdikcə əhalisi artan və iqtisadi potensialı genişlənən Sumqayıtın iki rayona bölünməsi xəbəri şəhər sakinləri tərəfindən maraqla qarşılanıb. Bir çoxları bu addımın yaxın gələcəkdə Sumqayıtın iqtisadi inkişafını xeyli serətləndirəcəyi qənaətində olduğunu bildir. Bəzi iqtisadçılar da bu fikirlə razılaşaraq qeyd edirlər ki, bu addım Sumqayıta kapital axınının xeyli artmasına səbəb olacaq ki, şəhərin infrastrukturunda inanılmaz müsbət dəyişikliklərə səbəb olacaq. Beləcə, Sumqayıtın iki rayona bölünməsi sayəsində artacaq maliyyə imkanları hesabına şəhərin Cənubi Qafqazın Xəzər sahilindəki mirvarisinə çevriləcəyini gözləyənlər çoxdur. Bununla yanaşı yeni yaradılacaq rayonlara başçı təyin alacaq şəxslər arasında bəzi tanınmışların da adının hallandığı bildirilir. Sumqayıtın mərkəzi hissəsini də əhatə edəcək rayonun bəzi məlumatlara görə məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin adını daşıyacağı bildirilir. Maraqlıdır ki. bu rayona başçı vəzifəsinə təyinat ümidi ilə gözləntilərdə bulunan şəxslər arasında daha çox Bakı şəhər Xətai rayonunun icra başçısı Razim Məmmədovun adı hallanır. Hər halda, Xətai rayonu ilə Sumqayıtın yarısını əhatə edəcək kiçik bir nahiyəni müqayisə etmək bir qədər gülünc görünür. Lakin əldə etdiyimiz ilginc məlumatlarla tanış olduqdan sonra bu xəbərin müəyyən əsaslara söykəndiyini yəqin etdik. Belə ki, yaxın vaxtlarda, daha dəqiq desək ölkədə prezident seçkilərindən bir müddət sonra adları qara siyahıya salınmış bir çox icra strukturları rəhbərlərinin cəzalandırılacağı gözlənilir. Onların arasında Bakının ən böyük rayonlarından biri olan Xətainin başçısı Razim Məmmədovun da adının olduğu bildirilir. Razim Məmmədovun adı bildiyimiz kimi paytaxtın ekologiyasına ziyansız ötüşməyən "yaşıl soyqırım"da hallanır. Məmur həmkarları arasında ağac qatili kimi tanınan bu şəxsin başı üzərində əsən payız küləklərinin tozanaq qoparacağına artıq şübhələr qalmayıb. Bunu deyəsən Razim Məmmədovun özü də hiss edib. Belə ki, əlimizdə olan məlumata görə Razim Məmmədov qohumlarının vasitəsilə Eldar Əzizova "xod" taparaq Sumqayıta transfer barədə ilkin razılaşmaya nail olub. Bildirilir ki, Sumqayıtın icra başçısının qoyduğu şərtə görə, bu məsələyə yalnız Razim Məmmədov paytaxt Bakıdakı qanunsuz əməllərinə görə gözlənilən cəzadan yaxasını salamat qurtara biləcəyi təqdirdə qayıdıla bilər. Məlumat üçün bildirək ki, Razim Məmmədov daha çox biznesmen kimi tanınır. Onun Bakıda və Sumqayıtda xeyli miqdarda obyektləri olduğu deyilir. Bakının Xətai rayonunda hərraca qoyulmuş torpaq sahələri hesabına topladığı hədsiz sərvəti ilə onun Sumqayıtın zənginləri kimi tanınan qohumlarını belə üstələdiyi barədə ilginc məlumatlar da dolaşır.
Mövziya qayıdacağıq.

Fərrux Sahiboğlu