backend

Xəbərdarlıq: Qəlyan çəkmək xərcəng xəstəliyi riskini artırır

Həkim, teleaparıcı Aleksandr Myasnikov  “Rossiya1” telekanalında çıxışı zamanı bəyan edib ki, qəlyandan istifadə xərçəng xəstəliyi riski yaradır.
 
Həkimin sözlərinə görə,  qəlyan çəkən zaman insan  bir qutu yarım siqaretdə orqanizmə  zərərli olan  maddələr qədər zərərli maddə qəbul edir. “O baxımdan da qəlyan çəkmək ağ ciyər xərçənginin yaranmaısna gətirib çıxara bilir.
 
Həkim onu da əlavə edib ki, ümumiyyətlə nikotin tərkibli maddələrin hansı formada çəkilməsindən asılı olmayaraq  insan orqanizminə ziyanından başqa heç bir faydası yoxdur: “Bu istər trubka, istərsə də siqar olsun. bUnlar hamısı insanda xərçəng xəstəliyi riskini artırır”.