backend

Azərbaycan nefti 65 dollardan satılır

Dünya birjalarında neft qiymətlərində bahalaşma müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin bir barreli London birjalarında 0,39% bahalaşaraq 63,5 dollara yüksəlib.
“WTI” markalı neftin bir barreli isə 1,21 % artımla 60,19 dollardan satılır.
Azərbaycan neftinin 1 barrelə olan qiyməti isə 4,34 % artaraq 65,44 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin qiyməti 65 dollar səviyyəsini sonuncu dəfə 2020-ci ilin fevralın 20-də ötmüşdü.