backend

Təcili!!! Azərbaycana SEVİNC GƏTİRƏN xəbər - 5 milyard dollar...

Təcili!!! Azərbaycana SEVİNC GƏTİRƏN xəbər -  5 milyard dollar...

"Qara qızıl" üz güldürməyə başlayıb. İstiPress-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, dünya birjalarında son 2 gündə neftin qiymətində bahalaşma müşahidə edilir.

"Brent" markalı neftin qiyməti 4% artaraq 59,33 dollara çatıb. Bu son iki ildəki ən yüksək rəqəmdir. Belə ki, son dəfə qara qızıl 59 dollar səviyyəsində 2015-ci ilin 13 iyulunda olub.

Nyu York birjalarında WTI markalı neftin qiymətində də artım müşahidə edilir. Adıçəkilən neftin bir bareli artıq 52,12 dollara satılır.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,39 dollar bahalaşaraq 60,51 dollar olub.

Dünya bazarında neftin illik orta qiymətinin 50 dollardan yuxarı olması Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) illik gəlirlərinin 5 milyard dolları keçməsi deməkdir. Bu isə ARDNF-in 2017-ci ildəki büdcə öhdəliklərində xeyli yüksəkdir. Nəticədə, yaxın perspektivdə manatın devalvasiyaya uğramayacağını və sabit qalacağını ehtimal etmək olar. Yəni xəbər Azərbaycan üçün sevindiricidir.

Təcili!!! Azərbaycana SEVİNC GƏTİRƏN xəbər -  5 milyard dollar...

Təcili!!! Azərbaycana SEVİNC GƏTİRƏN xəbər -  5 milyard dollar...


Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC gündəlik neft hasilatının azaldılması barədə qərar qəbul edib. Dekabrda isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə saziş imzalayıb.