backend

Qondarma “Luqansk Xalq Respublikası”nın baş prokuroru azərbaycanlıdır - VİDEO

Qondarma “Luqansk Xalq Respublikası”nın baş prokuroru azərbaycanlıdır - VİDEO






















“Hazırda istintaq 18 epizod üzrə işləyir, bu, hələ son deyil”

Ukraynanın şərqindəki qondarma “Luqansk Xalq Respublikası”nda “Betmen” ləqəbli batalyon komandirinin öldürülməsi, adamlarının həbs olunması ətrafında qalmaqal davam edir.

qaynarxett.az Virtualaz.org saytına istinadən xəbər verir ki, “Luqansk Xalq Respublikası”nın “baş prokuroru” Zaur İsmayılov yanvarın 1-də “milis qüvvələri ilə atışmada” öldürülən, “Betmen” ləqəbli komandir Aleksandr Bednovun və adamlarının yerli sakinlərə işğəncə verdiyini açıqlayıb.

Z.İsmayılov deyib ki, “Betmen” və adamları azı 13 yerli sakini oğurlayıb, onlardan pul tələb edib və işgəncə veriblər. Nəticədə oğurlananlardan biri ölüb.

O, “Betmen”in bandasının digər cinayət əməllərinə yol verdiyini də deyib. “Baş prokuror” deyib ki, “Betmen”in dəstəsinin 6 üzvü həbs edilib, qalanların axtarışı gedir. O, “Betmen” və adamlarının əməllərindən ziyan çəkənləri “prokurorluğa müraciət etməyə” çağırıb.

“Hazırda istintaq 18 epizod üzrə işləyir, bu, hələ son deyil” - İsmayılov bildirib.

Xatırladaq ki, “Betmen”lə birlikdə onun mühafizəçilərindən olan “Ramil” ləqəbli Azərbaycan vətəndaşı da öldürülüb. “Betmen”in tərəfdarları isə onun “Luqansl qəhrəmanı” olduğunu, qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitskinin adamları tərəfindən öldürüldüyünü bildirirlər.

Qeyd edək ki, qondarma “Luqansk baş prokuroru” olan Zaur İsmayılov da azərbaycanlıdır, atasının adı Raufdur. Z.İsmayılov Donbasdakı silahlı münaqişəyə qədər Luqansk Vilayət Prokurorluğunda şöbə müdiri işləyib.