backend

Heydər Əliyevin heykəlindən “DQR”in “bayrağı” asıldı

Heydər Əliyevin heykəlindən “DQR”in “bayrağı” asıldı


































Azərbaycana qarşı erməni təxribatı baş verib. Belə ki, bu ölkədə ucaldılmış, Azərbaycanın sabiq perzidenti Heydər Əliyevin heykəlinə qarşı təxribat olub. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumata istinadən xəbər verir ki, təxribatı törədən Dağlıq Qarabağdan olan erməni gənc olub.

Belə ki, həmin erməni Heydər Əliyevin heykəlindən qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını asıb. Bununla da qondarma “respublikanın” təbliğatını apardığını və Azərbaycana acıq verdiyini nümayiş etdirib.

Qeyd edək ki, baş verən hadisəyə Serbiya polisi ümumiyyətlə, əhəmiyyət verməyib. Azərbaycan tərəfinin məsələyə münasibəti isə hələlik məlum deyil.