backend

Bakı Metropolitendə kütləvi ixtisarlar aparılır?

Bakı Metropolitendə kütləvi ixtisarlar aparılır?






















İdarə məsələ ilə bağlı açıqlama verib

Bakı Metropoliteninin Tikinti Departamentində işçilər öz hesablarına məzuniyyətə göndərilib.

Bunu Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Nəsimi Paşayevin sözlərinə görə, təmsil etdiyi qurumda ixtisar aparılmır:

“Ancaq Tikinti Departamentində işçilər öz hesabına məzuniyyətə gediblər. Bu da ilin əvvəli olduğu üçün tikinti sahəsi üçün normal haldır. İşlərin müəyyən hissəsi başa çatanda və ya hər-hansı bir sahənin işi azalanda belə halların olması mümkündür. Təbii ki, onlar işə qayıdacaqlar”.

Mətbuat Xidmətinin rəhbəri əlavə edib ki, artıq onların əksəriyyəti Metropoliten tərəfindən digər işlərlə təmin olunub.

“Məzuniyyətə göndərilənlərin və işlə təmin olunanların sayı hələ dəqiq bilinmir”, - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, qurumun Tikinti Departamentində işçilər öz hesablarına 6 aylıq məzuniyyətə göndərilib.