backend

“Qulaqburması”nın testi

“Qulaqburması”nın testi


















1. Milli Ordunun hansı generalı Bakıxanov qəsəbəsindəki 0,4 ha ərazidə sevimli köpəyi üçün villa tikdirib?
Dadaş Rzayev Nəcməddin Sadıqov
Məmməd Beydullayev Yaşar Aydəmirov

2. Ölkənin məşhur korrupsionerləri hansı qadın sənətçimizə 250 min dollarlıq hamam dəsti hədiyyə etmişdir?
Brliyant Dadaşova Nazpəri Dostəliyeva
Zülfiyyə Xanbabayeva Nüşabə Ələsgərli

3. Qorxudan cibində tapança gəzdirən və iki cangüdəni olan sabiq nazir?

Əli Nağıyev Heydər Babayev
Füzuli Ələkbərov Nadir Əhmədov

4. Saray qəsəbəsində sökülmüş tramvay relslərindən istifadə etməklə inşa etdiyi villasının damında tikdirdiyi yapon hovuzunda Suraxanıdan olan sevgilisi ilə şənbə günü kefə baxan məmur?
Baba Tağıyev Hacıbala Abutalıbov
Ceyhun Cəfərov Mirzə Cəfərquliyev

5. Hansı kişi müğənni saatı sağ qoluna taxıb planetin mavi olmasını arzulayır?
İzzət Bağırov Cavan Zeynallı
Faiq Ağayev Samir Bağırov

6. Təhsil məmurlarından kim sağlamlığının sabit qalması üçün hər ay 14000 manat dəyəri olan dərman preparatı qəbul edir?
Asəf İskəndərov Məleykə Abbaszadə
Elxan Hüseynov Ceyhun Bayramov

7. İki manata mal əti adı altında mənşəyi bilinməyən ət satdıran bazar?
Bolluq bazarı 3-cü mk/r-bazarı
8-ci km bazarı Təzə bazar

8. Oğlu şəxsi minik avtomobili ilə birlikdə oğurlanan və 100 min dollar alındıqdan sonra azad edilən girovun valideyni hansı sabiq icra başçısıdır?
Xəyyam Məmmədov İkram Məmmədov
Əlibala Məmmədov Natiq Əliyev

9. Bilgəhdə dəniz kənarında 12 m hündürlüyündə hasarı və bağ evində dənizə çıxışı olan gizli bunker sahibininn vəzifəsi?
Millət vəkili Süpürgəçi
Bazarkom Nazir

10. Ən çox buldok köpəyi olan millət vəkili?
Siyavuş Novruzov Nəsib Nəsibli
Səməd Seyidov Əsabil Qasımov

11. Dədəsi gözətçi, özü xörəkpaylayan olmuş və 10 ildə 3 milyard dollar qara kapital sahibinə çevrilmiş sahibkar?
Vahid Naxış Baba Tağıyev
Azay Möhmətov Abbas Abbasov

12. Gəlini narkoman olduğuna görə boşanmaya göstəriş vermiş prezident?
R.Rəhmanov N.Nazarbəyov
A.Lukaşenko A.Gül

13. Oğuz-Balakən zonasında ağac mafiyasına rəhbərlik edən deputat?
Azər Kərimov Əli Məsimov
Fəzail Ağamalı Rəbiyyət Aslanova

14. Hansı məmurun yeganə istəkli və narkoman oğlu atasının bağ evinin zirzəmisində seyfdə gizlətdiyi 4 milyon ABŞ dollarını oğurlayıb kefə baxmışdır?
Əbülfəs Qarayev Adil Vəliyev
Etibar Pirverdiyev Gülağa İslamov

15. Azərbaycanda yığılan rüşvətin 75%-i tərpənməz fond kimi hansı şəhərin kənarındakı bunkerdə saxlanılır?
Lənkəran Quba
Naxçıvan Gəncə