backend

Bakıda kişi özünü yandırdı

Bakıda kişi özünü yandırdı























Hadisə “Sovetski”də baş verib

Bu gün Bakı sakini özünü yandırıb.

qaynarxett.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şahidlər məlumat veriblər.

İnsident hazırda evlərin sökülməsi prosesinin getdiyi Mirzəağa Əliyev küçəsi 108 ünvanında baş verib.

Şahidlərin sözlərinə görə, hadisənin səbəbləri məlum deyil. Onların zənnincə, həmin şəxs evinin sökülməsinə görə ödənilən kompensasiya ilə əlaqədar bu addımı atıb.

Hadisənin baş verdiyi yer mühafizəyə alınıb. Həmin əraziyə jurnalistlər və digər şəxslər buraxılmır.