backend

Nazirlik qolunu itirən qaziyə köhnə protez verib - BİABIRÇI FAKT

İkinci Qarabağ Müharibəsində iştirak edən gizir Nuruzadə İlkin Ələsgər oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir.

Cebhe.info-ya müraciət edən əlil qazimiz qolunu itirdiyini və protezlə təminatında problem yaşadığını deyib:

“Nazirliyin Əhmədli filialındakı protez mərkəzində köhnə protez təklif edildi. Mən o protezi istəmirəm. İstıyirəm ki, normal protez qoysunlar. Ancaq müraciətimə baxmayaraq müasir protezlə təmin etmirlər. Mən də məcburən Ağ şəhərdə yerləşən özəl protez mərkəzinə müraciət etdim. Onlar da dedi ki, Heydər Əliyev Fonduna məktub yazmalıyam. İndi də məktub yazmışam və cavabını gözləyirəm”.

Müharibə əlili sənədlərin surətini də redaksiyamıza təqdim edib.

Nazirlik qolunu itirən qaziyə köhnə protez verib - BİABIRÇI FAKT