backend

Lənkəranın rəis müavini Sumqayıtda yeni vəzifəyə təyin edildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib. 
"Qafqazinfo" xəbər verir ki, nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Yelmar Mehdiyev vəzifəsindən azad olunub. 
Nazirin digər əmri ilə Y. Mehdiyev Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi təyin edilib.