backend

Ərdoğan İsrailin baş nazirinə: “Hansı üzlə Parisə getmişdin?!”

Ərdoğan İsrailin baş nazirinə: “Hansı üzlə Parisə getmişdin?!”






















“Suriyada 350 min insan öldürülüb. Dünyanın tükü təpərirmi?”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun Parisdə antiterror yürüşünə qatılmasına sərt reaksiya verib.

qaynarxett.az Modern.az-a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Ankarada Fələstin lideri Mahmud Abbasla keçirdiyi mətbuat konfransında bu barədə danışıb. Türkiyə dövlət başçısı deyib ki, Qəzzədə 2 min 500 dinc sakinlərin öldürülməsində əli olan İsrailin baş naziri Benyamin Netnayahunun Parisdəki antiterror mitinqində əl yelləməsi anlaşılan deyil.

“Sanki onu çox həyəcanla gözləyirlər, o da əl yelləyir. Onun hansı üzlə Paris getdiyini anlamaqda çətinlik çəkirik”.

Rəcəb Tayyib Ərdoğan Qərb dairələrini ittiham edən fikirlər də səsləndirib. “Suriyada 350 min insan öldürülüb. Dünyanın tükü təpərirmi? Onlar hələ də qırğının davam etməsini müşahidə edirlər. Qərbin ikiüzlülüyü ortadadır”, - deyə Ərdoğan bildirib.