backend

Zərif İsrail bayrağına görə xarici səfərini təxirə salıb

İranın xarici işlər naziri Cavad Zərif Avstriyaya bugünki səfərini təxirə salıb.
Bu barədə Avstriya XİN-dən məlumat verilib.
Məlumata əsasən, səfərin təxirə salınmasına səbəb Avstriya dövlət qurumlarına məxsus binalardan İsrail bayrağının asılması olub.
XİN-dən bildirilib ki, səfər çərçivəsində Zərif avstriyalı həmkarı Aleksander Şallenberqlə görüşməli idi.
Qeyd olunub ki, İranın nüvə proqramı ətrafında Vyanada aparılan danışıqlar davam etdiriləcək.
Xatırladaq ki, İsrail-Fələstin qarşıdurmasında birincilərə dəstək məqsədilə cümə günü Avstriya hökumət binalarından İsrail bayraqları asılıb.oxu.az