backend

McDonald's bütün restoranlarını yoxlayır

McDonald's bütün restoranlarını yoxlayır






















Baş ofisin nümayəndələri son ana qədər şikayətlərdən xəbərsiz olublar

McDonald's müştərilərinin yeməyin içində plastmas parçalarının olması şikayətinə görə Yaponiyada yerləşən bütün restoranlarında yoxlamaya başlayır.

qaynarxett.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Ekspertlər cihazların vəziyyətini və sanitar normalara riayəti, eləcə də yeməklərin hazırlanmasında istifadə edilən ərzaqların keyfiyyətini yoxlayırlar.

Şirkətdə qeyd edilib ki, baş ofisin nümayəndələri son ana qədər şikayətlərdən xəbərsiz olublar.

Daha öncə məlum olub ki, McDonald's restoranlar şəbəkəsinin Aomori və Tokioda yerləşən restoranlarında satılan toyuq naggitslərinin içindən plastmas parçalarının çıxması məlum olub.

Osaka prefekturasında yerləşən restoranda isə müştərilərdən biri kartof-frinin içindən insan dişi tapmışdı.