backend

McDonald's-ın müştərisinə dəmir yonqarlı “çizburger” verilib

McDonald's-ın müştərisinə dəmir yonqarlı “çizburger” verilib






















Araşdırmadan sonra fakt təsdiqini tapıb

Yaponiyanın Fukusima prefekturasında McDonald's restoranlar şəbəkəsinin alıcılarından biri aldığı “çizburger”in içində 5 mm uzunluqda dəmir yonqar aşkar edib.

NHK telekanalının məlumatına əsasən, müştəri “çizburger”i yanvar ayının 1-də alıb. Bir müddət sonra o restorana şikayət ilə müraciət edib. Araşdırmadan sonra fakt təsdiqini tapıb.

Şirkət nümayəndələri hesab edirlər ki, bu, restoran işçilərinin “hamburger”lər üçün ət qızartdıqları sobanın səthidir.

qaynarxett.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Şirkət dəmir yonqarın “çizburger”ə sobanın yaxşı təmizlənmədiyi üçün düşməsini istisna etmir, bunu telekanal qeyd edib.