backend

SOCAR həyata keçirilmiş qazma işlərinin həcmini açıqladı

SOCAR həyata keçirilmiş qazma işlərinin həcmini açıqladı

Qazma işlərinin 1628 metri kəşfiyyata aid olub.

2014-cü ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8252 metr qazma işi həyata keçirib.

qaynarxett.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

“Ümumiyyətlə, 2014-cü ilin yanvar-avqust aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 89375 metr qazma işi görülüb ki, bunun da 87747 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub”, - məlumatda deyilib.