backend

TƏCİLİ!!! Moskvanın Zaqafqaziya ilə bağlı CİDDİ PLANLARI VAR - Ter-Petrosyandan SENSASIYALI ACIQLAMA

4 ildən - Qarabağdakı rus sülhməramlılar çıxandan sonra münaqişənin həlli necə olacaq, bilmirəm.

Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan erməni telekanalına müsahibəsində deyib.

“Mən heç nə bilmirəm. Bilmək üçün rusların proqramını başa düşməliyəm. Əliyev, Azərbaycan nə istəyir, biz bunu bilirik. Amma mən Rusiyanın planlarını bilmirəm. Rusiya heç kimə öz planlarını açmır”, - Petrosyan bildirib.

Onun sözlərinə görə, Rusiyanın bu gün Ermənistanda bir həmsöhbəti var, o da hökumət başçısıdır:

“Ruslar heç kimə heç nə demir. Ermənistana görə məsuliyyəti Paşinyan daşıyır və sözlərini ona da deyirlər. Əminəm ki, Rusiya Paşinyana Ermənistanda, Qarabağda və regionda nə etmək istədiyini izah etməkdə çox səmimidir. Amma Paşinyan anlamır ki, ruslar ona nə deyir”.
Keçmiş prezident qeyd edib ki, mümkün ssenarilər arasında yeni müharibə də var. Amma Türkiyənin “ovqatı”nı bilmək vacibdir.

Petrosyan Moskvanın Zaqafqaziya ilə bağlı ciddi planları olduğunu da vurğulayıb.