backend

Vahid Ələkbərov separatçıları maliyyələşdirməkdə suçlanır

Vahid Ələkbərov separatçıları maliyyələşdirməkdə suçlanır
















Ukraynanın Təhlükəsizlik Xidməti “LUKoil” və “VETEK” şirkətlər qruplarına daxil olan təsərrüfat subyektlərinin neft qaçaqmalçılığında iştirakının olduğunu sübut edən faktları üzə çıxarıb

qaynarxett.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, neft qaçaqmalçıları əldə etdikləri vəsaiti “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçılarının maliyyələşdirilməsinə yönəltməkdə şübhəli bilinir.

“2013-2014-cü illər ərzində “LUKoil” şirkətinin (prezidenti Vahid Ələkbərovdur) vəzifəli şəxsləri Ukraynanın Feodosiya, Xerson, İzmail, Nikolayev və Odessa limanları, həmçinin Ukrayna-Belarus sərhədindəki keçid məntəqələri vasitəsilə 2 milyon tondan çox neft məhsulunu qaçaqmalçılıq yolu ilə daşıyıblar. 2 milyard dollarlıq bu məhsullar gömrük nəızarətindən yayındırılıb” - deyə Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin müşaviri Markiyan Lubkivski məlumat verib.

Markiyan Lubkivskinin sözlərinə görə, saxta müqavilələr əsasında əldə olunmuş qanunsuz gəlirlər qaranlıq firmaların hesabına köçürülüb, oradan isə separatçıların maliyyələşdirilməsinə xərclənib.

Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsi bu faktlar əsasında Ukrayna Cinayət Məcəlləsinin 209 (çirkli pulların leqallaşdırlması) və 258.5-ci (terrorun maliyyələşdirilməsi) maddələri ilə cinayət açıb, araşdırma gedir.