backend

Bakıda çay evi qumarxana çıxdı

Bakıda çay evi qumarxana çıxdı






















DİN məlumat yaydı

Bakıda çay evində qumarxana müəyyən edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Xəlilovun M.Hadi küçəsində yerləşən çay evində qanunsuz qumarxana təşkil etməsi müəyyən edilib.

Çay evinə baxış zamanı 2 ədəd noutbuk və 12 ədəd prosessor aşkar edilərək götürülüb.