backend

Bakıda saxta dollar satan şamaxılı tutuldu

Bakıda saxta dollar satan şamaxılı tutuldu



















200 ədəd 100 dollarlıq əskinas

Şamaxı şəhər sakini Mehman Qafarov saxta əskinas satarkən tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Qafarov 200 ədəd 100 dollarlıq saxta əskinası Bakının Nərimanov rayonu ərazisindəki parkda satarkən tutulub.

Üzərinə baxış zamanı ondan əlavə 18 ədəd 100 manatlıq saxta əskinas da aşkar edilərək götürülüb.