backend

"Medical Plaza" vətəndaşı ÖLÜM HƏDDİNƏ CATDIRIB

QAYNARXETT.MEDİA:Salam hörmətli redaksiya. Məlumat üçün bildirim ki, Bakı şəhəri Babək prospektində yerləşən "Medical Plaza"da əməliyyat olmuşam. Əməliyyatdan öncə "Medical Plaza"nin xəzinədarlıgina şəxsi büdcəmdən 2500 AZN (iki min beş yüz manat) maddi vəsait ödədim. Həmin 2500 AZN məbləği yaxın qohumumun vasitəsilə faizə götürmüşdüm. Hal-hazırda faiz götürdüyüm adama Günel Eyvazovaya 12 000 AZN-ə qədər borc yığılıb. Özumu məhv etmək barədə başıma fikirlər gəlsə də, azyaşlı övladlarıma görə özümu ələ alıram.

Əməliyyat olduqdan sonra müşahidə etdim ki, ağrılarım kəsmir. Digər 3 özəl klinikada özümü yoxlatdırqıqdan sonra məlum oldu ki , "Medical Plaza"nin həkim və personal heyəti məndən səhv analizlər götürmüş və müalicə olunmalı olduğum halda, qeyri-peşəkar davranışlari ilə məni əməliyyat etmiş və boş-boşuna mənə təxminən 12000 AZN ümumi maddi ziyan vurmuşlar. Hal-hazırda eyni ağrıların təsiri altında yaşayıb müalicə alıram. Xahis edirəm ki, mənim çətin ailə vəziyyətimi, övladımin azyaşlı olmağını, həyat yoldaşımin işsizliyini nəzərə alaraq , "Medical Plaza"nin rəhbərliyi mənə 5000 AZN maddi vəsaitin verilməsinə köməklik etsin.

Mən bu barədə Xətai rayon məhkəməsinə müraciət etsəm də, məhkəməni uduzdum. Çünki qərarı öz xeyrimə həll etməyə gücüm çatmadı.

Ancaq son olaraq nəzərinizə çatdırim ki, 10 gün içərisində "Medical Plaza" rəhbərliyi mənə dəymiş maddi ziyanı ödəməsə Azərbaycan Respublikasınin vətəndaşlığindan imtina edəcəm.

Xahiş edirəm ki, mənim şikayətimi ictimailəşdirərək aidiyyəti qrumlara çatdırasiniz.Mənə qarşı olan bu haqsız hərəkət mənim timsalımda, "Medical Plaza" və onun rəhbərliyi üçün potensial əlehidarlar formalaşdirir.

Hörmətlə CƏLALİ GÜNAY MUSA QIZI,
Sumqayıt şəhəri ............................


Qaynarxett.az