backend

Bakı məktəblərində buraxılış imtahanlarının başa çatacağı tarix açıqlandı

Bakı məktəblərində buraxılış imtahanlarının başa çatacağı tarix açıqlandı






















“Bu, təkcə bizimlə əlaqədar deyil”

Bakıda orta ümumtəhsil məktəblərində buraxılış imtahanları iyunun 7-dək başa çatmalıdır.

qaynarxett.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.

M.Abbaszadə qeyd edib ki, əvvəllər orta məktəblərdə məktəblərdə buraxılış imtahanları iyun ayında keçirilirdi

“Bu il isə Bakıda keçiriləcək buraxılış imtahanları ilə bağlı bütün tədbirlər iyunun 7-dək başa çatacaq”.

TQDK sədri həmçinin qeyd edib ki, regionlarda da buraxılış imtahanları iyunda keçiriləcək:

“Bəzi regionlarda Avropa Oyunlarının müxtəlif yarışları keçiriləcək. Hazırda yarışların hansı regionlarda keçiriləcəyi dəqiqləşdirilir. Bu yaxınlarda buraxılış və qəbul imtahanları ilə bağlı ümumi cədvəl təsdiqlənəcək. Bu, təkcə bizimlə əlaqədar deyil. Çünki imtahanların keçirilməsi ciddi tədbirlərdir və bu prosesə müxtəlif qurumlar da cəlb olunur. Ona görə də Avropa Oyunlarının keçirildiyi müddətdə kütləvi tədbirlərin aparılması mümkün deyil”.

Elvin Əhmədov