backend

TQDK 11-ci sinif şagirdlərinə müraciət etdi

TQDK 11-ci sinif şagirdlərinə müraciət etdi






















İmtahan üç fənn üzrə keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 11-ci sinif şagirdlərinə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, 2014-2015-ci tədris ilində 11-ci sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcək.

Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər.

Bununla bağlı olaraq, ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, təhsil müəssisəsində tədris edilən xarici dili müvafiq bölmədə düzgün qeyd etsinlər.

Diqqət! Xarici dil bölməsində “Tədris edilmir” qeydi olan şagirdlər buraxılış imtahanlarında kimya fənnindən imtahan verəcəklər!