backend

Azərbaycanlı İŞİD-çi atasını Suriyaya belə çağırdı – VİDEO

Azərbaycanlı İŞİD-çi atasını Suriyaya belə çağırdı – VİDEO




















“Yeməyini verirlər, içməyini verirlər”

Suriyada “İŞİD” terrorçularına qoşulan azərbaycanlılardan birinin yeni videogörüntüləri yayımlanıb.

qaynarxett.az oxu.az-a istinadən xəbər verir ki, videokadrda danışan şəxs bildirir ki, Suriyada vəziyyətlə yaxşıdır, “yeməklərini-içməklərini verirlər”.

“Azərbaycanda yediklərimizdən daha yaxşısını burada yeyirik. Ata buradan sənə salam deyirəm. İstəyirsən gəl, Elnurla əlaqə saxla. Elnur mənə deyər, sənə deyərəm haradayam, necə gəlmək lazımdır.

Gəlmək üçün əsas odur ki, iman gətir, namaz qıl. Gəl burada sənə ev də verəcəklər. Gəl burada yaşa, heç kim səni döyüşə göndərməyəcək. Bizə görə narahat olma”.

Qeyd edək ki, adıçəkilən video azadxeber.az saytına göndərilib.