backend

Cəlilabad sakinlərini KİM İNCİDİR? - GİLEY


Redaksiyamıza Cəlilabad rayonundan daxil bir olan qəribə şikayət:

Cəlilabad rayon Soyuqbulaq kənd sakini Şəmmədov Arastun Həzrətqulu oğlu tərəfindən
Müraciət




Yazıb sizə bildirirəm ki, sahibkar Cəlilabad rayon Güneyli kənd sakini Əsgərov Sahil Sahib oğlu Cəlilabadda "at" oynadır, Darılıq kənd sakinlərinin paybəlli torpaqlarını qeyri-qanuni zəbt edərək, orada özü üçün şəxsi mal-qara fermaları salmışdır. Mən və sözügedən paybəlli torpaqların sahiblıri bu barədə aidiyyatı orqanlara müraciət etsək də , çox təəssüflər olsun ki, bizim şikayətlərimizə hələ də baxılmamışdır.