backend

"ProTəmir İnşaat" dələduzluqda ittiham olundu, şirkət rəhbəri "od püskürdü" - "...qələt edir, başını da daşa döyür!"

Təmir-tikinti şirkətləri ilə bağlı şikayətlər hələ də davam edir.

Sonxeber.az-ın məlumatına görə, Orxan Fətəliyev adlı şikayətçi "ProTəmir İnşaat" şirkətinin dələduzluqla məşğul olduğunu iddia edir.

O bildirir ki, mənzilinin təmiri üçün pul ödəyib, lakin razılaşdırılan təmir işlərinin heç biri icra olunmayıb:

"Şirkətin rəhbəri Namazov İlyas İlham oğludur. O, verdiyim pulun qarşılığında bir iş gördürməyib. 35500 manat ödəniş etmişəm, ancaq 11000 manatlıq keyfiyyətsiz təmir işi görüblər.

Ən dəhşətlisi isə odur ki, bu şirkətin tələsinə düşən tək mən deyiləm. Daha 9 nəfər də var ki, mənzilini təmir etdirmək üçün əziyyətlə qazandıqları pulu bu şirkətə verib, İlyas adlı şəxs isə müxtəlif yalan vədlər verərək, onların pulunu mənimsəyib.

Ümumilikdə bizə məlum olan 250,000 manatdan artıq vəsaiti mənimsəyib. Hər kəs bundan məlumatlı olsun ki, "ProTəmir İnşaat" MMC və İlyas Namazov kimi dələduzlardan uzaq dursunlar. Onun yalandan dindən, imandan danışmasına aldanmasınlar. Həmin şəxs barəsində aidiyyəti hüquq mühafizə orqanlarına müraciət edilib, araşdırmanın davam etdiyi bildirilib.

Aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, İlyas Namazov barəsində zamanında lazımi ciddi tədbir görülməsinə kömək etsinlər".

Məsələ ilə bağlı şirkətin rəhbəri İlyas Namazovla əlaqə saxladıq.

O, bütün iddiaları yalanladı və bildirdi ki, məsələ araşdırılıb və bağlanıb:

"Həmin adam 35500 manat ödəyib, 30000 manatlıq iş görülüb. O, qələt edir, başını da daşa döyür! Bahalı təmir istəyirsə, o bizim problemimiz deyil! 9 nəfər şikayətçi olsaydı, onlar da gəlib müraciət edərdilər. Həmin şəxs rəsmi polis idarələrinə, prokurorluğa şikayət edib, məsələ araşdırılıb və bağlanıb. Bizim "İnstagram" səhifəmizdə onun mənzilinə tırla göndərilən yükü, ustaların işləməyini, ümumilikdə iş prosesini əks etdirən bütün videolar var".
"ProTəmir İnşaat" dələduzluqda ittiham olundu, şirkət rəhbəri "od püskürdü" - "...qələt edir, başını da daşa döyür!"