backend

Yüksək məmurla qohumluq əlaqəsi olduğunu deyərək 1500 manatımı geri QAYTARMIR - İDDİA

Qaynarxətt.media - Dünən elektron poctumuza bir neçə nəfər tərəfindən Emil Vəliyevə məxsus olduğu deyilən şirkətlə bağlı şikayət məktubu daxil olmuşdur. Şikayətcilər iddia edir ki, Emil Vəliyev adlı şəxs məhşur catering şirkətlərindən birinin adından istifadə edərək işə yatırım və gəlir vəd etməklə 1500 manat alaraq dələduzluq edib. Həmin şəxs sonda aldığı məbləği verməkdən imtina edib.

Yüksək məmurlar ilə qohumluq əlaqələri olduğunu bildirən E.Vəliyev zərərçəkmişə hədə-qorxu gələrək susmasını tələb edib.

Şikayətçi həmcinin bildirir ki, dələduzluqla məşğul olan həmin  firmanın "H.Eliyev Mərkəzinin" yaxınlığında icarəyə götürdüyü ofis baglıdır.

Hazırda əməkdaşımız həmin şikayətlə baglı araşdırma aparır. Araşdırmanın nəticəsi ictimailəşdirməklə yanaşı hüquq-mühafizə orqanlarına göndəriləcəkdir. Bizi izləyin!