backend

Ucar Xəstəxanasının baş cərrahı rüşvət verməyən xəstənin yoldaşına hədə-qorxu gəlir

Ucar Xəstəxanasının baş cərrahı rüşvət verməyən xəstənin yoldaşına hədə-qorxu gəlir
















Ucar sakini rayonun baş cərrahından Oqtay Şirəliyevə şikayətçi düşdü – “Məndən 450 manat rüşvət tələb edir”

Redaksiyamıza Ucar rayonu Oğuz küçəsi bina 15 mənzil 5 -də yaşayan Purqafari Azər Ələsgər oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Bolgexeber.com-a yazan narazı vətəndaş bildirir:
“Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şobəsinin baş həkimi Cavanşir Qədirov tələb etdiyi 450 manat pulu verə bilmədiyim üçün məni cəzalandıracağı ilə hədələyir. Beləki həyat yoldaşım 23 yanvar 2015-ci il tarixində qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirdi.Müalicəsi üçün 5 gün ərzində mənə aldırdığı dava-dərmanın dəyəri 1500 manat olmuşdur. Hələ üstəlik cərrah Cavanşir Qədirov məndən 450 manat pul verməyi tələb etdi. Əks təqdirdə ailəmi evə buraxmayıb girov saxlayacağı ilə hədələdi. Mən çıxılmaz vəziyyətdə qaldım və bilmədim neynəyim. Bundan sonra Cavanşir həkim evində olanda mənə tibb bacısı bildirdi ki, həyat yoldaşını evə apara bilərsən. Buna görədə ailəmi evimə gətirdim. Sonra mənə bildirdilər ki, cərrah Cavanşir Qədirov xəstəxanaya gəlib həyat yoldaşımın evə gətirildiyini bilib və bizim ünvanımıza uca səslə nalayiq söyüşlər söyüb nəyin bahasına olur-olsun bizi cəzalandıracağını bildirib. Cavanşir həkimin məndən 450 manatı verməyi tələb etməsini təsdiq edən video çəkliş də var. Bu video faktı hüquq mühafizə orqanlarına, o cümlədən də Səhiyyə Naziri cənab Oktay Şirəliyevə təqdim edəcəyəm. Hazırdada evdə qorxu içində yaşayırıq ki, sipirtli içki qəbul edib daima sərxoş vəziyyətdə olan Cavanşir həkim evimizə basqın edə bilər. Bu həkimin indiyə qədər etdiyi yararsız cərrahiyə əməliyyatı nəticəsində çoxlu sayda xəstələr dünyasını dəyişib. Mənim həyat yoldaşımın cərrahiyə əməliyyatında digər həkimlər iştirak etməsəydi mən Cavanşir Qədirovun əməliyyat etməsinə qətiyyən razı olmazdım. Həyat yoldaşımın cərrahiyə əməliyyatından sağ çıxmasına Allah və digər həkimlər kömək olublar. Ancaq bu alkoqol xəstəsi Cavanşir Qədirova qalsaydı ailəm məhv olardı. Bu həkim tesdən keçirilərsə onun alkoqol xəstəsi olması tam subut olunacaq. O dəfələrlə sərxoş vəziyyətdə xəstələrlə və onların yaxınları ilə mübahisələr edib, dava-dalaş salıb. Hətta bir neçə xəstə qohumları ilə baş vermiş davaya görə cinayət işləri, məhkəmə hökmləri də var. Bu həkimin barəsində qanunu tədbirlər görülmədiyindən daha da azğınlaşaraq qanunsuz əməllərini davam etdirir. Mən mətbuat vasitəsi ilə aidiyatı orqanlardan və Səhiyyə Naziri cənab Oqtay Şirəliyevdən xahiş edirəm xəstələrə və onların yaxınlarına qənim kəsilmiş alkoqol xəstəsi olan həkim Cavanşir Qədirovun barəsində qanunu ciddi tədbirlər görəsiniz. Mən aidiyyətı orqanlara, o cümlədən Səhiyyə Nazirliyinə artıq şikayətlər etmişəm. Xahiş edirəm araşdırıb qanunu tədbirlər görəsiniz”.